Nəzəri biliklərin qiymətləndirilməsi
Test 8
Sual 1. Pətək çərçivələrinin yan lövhələrində nə üçün deşik açırlar?
A) Məftil keçirmək üçün;
B) Şan yapışdırmaq üçün;
C) Çərçivəni pətəyə qoymaq üçün;
D) Çərçivəni möhkəmlətmək üçün
Sual 2. Deşikaçan nə deməkdir?
A) Əl dəzgahı;
B) Elektrik dəzgahı;
C) İstiqamətləndirici oyuqlar ilə hərəkət edən sürüngəci olan qaynaqlanmış konstruksiya;
D) Arıçılıq aləti.
Sual 3. Çərçivə yığan dəzgahla nə edirlər?
A) Məftil keçirirlər;
B) Çərçivələri standart şəkildə yığırlar;
C) Süzümə hazırlıq görürlər;
D) Mum yapışdırırlar
Sual 4. SUR-7000 dəzgahı nə üçündür?
A) Məftilləmə üçün;
B) Deşik açmaq üçün;
C) Çərçivələrin hissələrini yapışdırmaq üçün;
D) Çərçivələrin yan dayaz hissələrində yarıq açmaq üçün
Sual 5. NPR-2 çərçivələrdə məftilləmə dəzgahı nə üçündür?
A) Çərçivələrdə məftillərin dartılması üçün istifadə olunur;
B) Çərçivələri məftilləmək üçün istifadə olunur;
C) Çərçivələri təmir etmək üçün istifadə olunur;
D) Pətəkdə çərçivələri nizamlamaq üçün istifadə olunur.