-
Arıxanada ən çox zəhmət tələb edən əməliyyatlardan biri olan çərçivələrin məftillə təmin
olunması və onların şanlanması prosesini bütün incəliyi ilə öyrənin.
-
Çərçivə yığan dəzgahla işləmək və PP-K1, PP-K2, PP-K3 arıçılıq məftillərindən istifadə etməyi
öyrənin.
-
Müxtəlif növ deşikaçanların iş prinsipi ilə tanış olun və onlarla işləməyi öyrənin.
-
N. A. Pasiçniçenko və SUR-7000 deşikaçma dəzgahlarının (elektriklə işləyən) iş prinsipini
öyrənin.
-
Mövcud məftilləmə dəzgahlarının iş prinsipi və işlətmə qaydalarını mənimsəyin.
-
İstər deşikaçma, istərsə də məftilləmə dəzgahlarının nə qədər sürətlə işləməsi və nə qədər
işçi qüvvəsinə qənaət etdiyinə diqqət edin.