Dəstəyi (5) çevirməklə məftili yavaş-yavaş dartın, kəsin və digər küncünə birləşdirin. Sıxacaqların vinti zəiflədikdən sonra çərçivələrin yan lövhələrini düzləndirin və məftili əlavə olaraq dartın.
Çərçivələrə dartılan məftildə əyrilik, paslanma izləri olmamalıdır, həmçinin də paralel cərgələrlə bərabər və sıx qarqaraya dolanmalıdır.
V. İ. Saprıkin məftilləmə dəzgahı yuva çərçivələri üçün nəzərdə tutulub. Dəzgah çərçivələrinin (2) yerləşdiyi özül (1), pətək çərçivələri (4) üçün nəzərdə tutulan dirək (3), qarqaralı məftillə olan tutacaqlardan (5) ibarətdir.
Dəzgahın özülündə çərçivələrin yan lövhələri ilə qarşılıqlı əlaqədə olan yayaltı təkanverən quraşdırılıb. Təkanverən ötürücü yumruqcuq (7) hazırlanan mexanizmlə təchiz olunub. 435 x 230 kvadrat millimetr ölçüsü olan çərçivələrdə məftillərin dartılması üçün dəzgahda əlavə lövhələrlə (8) yanaşı, dirəklər (9) olmalıdır.
Dəzgah bu cür işləyir: yarıqlarla olan çərçivəni dirəklər və təkanverən arasında məftilin altına qoymaq lazımdır.
Yumruqcuq çevrilərkən təkanverici hərəkət etdirilir, bunun nəticəsində isə lövhələr əyilir. Dirəklərin köməyi ilə lövhələr bərabər şəkildə əyilir. Sonra isə məftilin ucunu çərçivədə olan yarıqlara salır və roliklərin köməyi ilə çərçivəyə dolayırlar. Daha sonra məftili ardıcıl olaraq roliklərdən çıxarın. Çoxlu əyriliklərin olmaması üçün məftili yaxşı dartın, kəsin və çərçivəyə ikinci ucunu birləşdirin. Yumruqcuğu geriyə çevirin. Yayın təzyiqi nəticəsində təkanverəni əvvəlki vəziyyətə gətirir, həmçinin yan lövhələri də əvvəlki vəziyyətə gətirir, sonra isə məftili yaxşı dartırlar.
Dəzgahın istehsalı - saatda 240 çərçivəyə kimidir. Dəzgahın köməyi ilə 2-2,5 dəfədən çox insan əməyi az sərf olunur, armaturla möhkəmləndirmə keyfiyyəti artırılır, çərçivələrin əyri olmasının qarşısı alınır. Dəzgahda işləmək çox rahat və asandır.