Bir çox arıçıların hazırladığı dəzgah əl işinə nisbətən arıxanalarda keyfiyyətli və daha sürətli çərçivələrin məftillənməsini təmin edir. Lövhələrdə məftillərin künclərini bərkitmək üçün kəlbətin, iti ağız kəlbətin, çəkic və balaca mıx lazımdır.
Dəzgah 900 x 360 x 30 kub millimetr ölçüsü, özülü (1) olan taxta, çərçivədə (4) məftilləmənin bərabər olmasını asanlaşdıran istiqamətləndirici yarımdairələr (2), saxlayan ensiz yay (5) və qarqara ilə məftil (3) tutacaqlarında olan sıxaclardan (6) ibarətdir (Şəkil 8.9).
İşləmə qaydası:
8.8. NPR-2 çərçivələrdə məftilləmə dəzgahı
Standart ölçülü çərçivələrdə (435 x 300; 435 x 230; 435 x 145) məftillərin dartılması üçün istifadə olunur, istehsal kompleksli olan arıçılıq arıxanalarında istifadə edilməsi üçün məsləhət olunur. Əvvəlki qeyd olunan dəzgahdan onunla fərqlənir ki, bu dəzgahda sıxaclar var (1), onun köməyi ilə çərçivələrin yan lövhələrini müəyyən dərəcədə əymək olar, bu isə qarqaranın tutacaqlarına (2) məftili dartmağa kömək edəcək (Şəkil 8.10).
İstifadəyə dair təlimatlar: həm otaq, həm də açıq havada çərçivələrdə məftili dartmaq olar.
Əsas ölçülər, millimetrlə: uzunluğu - 760 millimetr, eni - 400 millimetr, hündürlüyü - 95 millimetr, çəkisi - kiloqramdır.
İstifadədən əvvəl dəzgahı korroziyaya qarşı vurulmuş yağdan təmizləmək, yağlamaq lazımdır, qarqara ilə olan məftili yerinə qoyun, məftili deşikli lövhəyə (3) keçirin, sonra isə yarıqlardan keçirərək dirəklərdə (6) yerləşən çərçivələrə salın. Çərçivələrdə olan bütün yarıqlardan məftili keçirdikdən və məftilin küncü bərkidildikdən sonra hərəkətli vintin (4) köməyi ilə çərçivələrdə bir az əyrilik (7-8 millimetr) əmələ gətirin.