Texniki xüsusiyyəti: 1 saat iş vaxtı ərzində elektrik mühərrikin köməyi ilə 1250, əllə isə 600 çərçivə hazırlanır.
Dəzgahın əsas ölçüləri, millimetrlə: uzunluğu - 472 millimetr, eni - 350 millimetr, hündürlüyü - 845 millimetrdir. Dəzgahın çəkisi - 29 kiloqramdır. Mühərrikin gücü - 0,27 kilovatdır. Elektrik mühərrikin növü üç fazalıdır (380 vat), havanı çəkir, yüksək buraxıcı qüvvəyə malikdir.
Elektrik mühərrikin köməyi ilə şpindellərin dövretmə tezliyi dəqiqədə 4450 dövrə çatır, əllə isə bu tezlik dəqiqədə 400-500 dövrə çatır, burğuların diametri - 2-2,5 millimetr, lingdə valın işəsalma gücü - 2 kiloqramdır.
SUR-700Q dəzgahı məftilləmə yolu ilə və sonradan məftilə süni şanları qoymaq məqsədi ilə standart çərçivələrin yan dayaz hissələrində yarıqların açılması üçün nəzərdə tutulub.
Texniki xüsusiyyəti: şpindelin dövretmə tezliyi dəqiqədə 2890 dövrdür, şpindelin sayı - 5 ədəd, mühərrikin gücü - 0,27 kilovat, elektrik mühərrikin dövretmə tezliyi - dəqiqədə 2890 dövr, istehsal - saatda 700 çərçivə, çəkisi 40 kiloqramdır. Əsas ölçüləri, millimetrlə: uzunluğu - 700 millimetr, hündürlüyü - 300 millimetr. Dəzgahda bir nəfər işləyir.
Dəzgahın quruluşu: dişli çarxların köməyi ilə (3) elektrik mühərrikdən (2) dövr etməyə başlayır. Elektrik mühərrik və dayaq (4) plitənin (5) üzərinə bərkidilir və qapaqla (6) bağlanır. Lingin vasitəsi ilə çərçivələri sıxan və çıxaran mexanizmi işə salınır (Şəkil 8.7).
İşləmə prinsipi: qoşucu vasitə ilə elektrik mühərriki işə salındıqdan sonra dirəklərə çərçivələr quraşdırılır və lingə əllə çox yavaş basılaraq yarıq açılır. Sonra çərçivəni digər tərəfə çevirir və digər lövhəni deşirlər.
Dəzgahda işləyərkən təhlükəsizlik texnikasının qaydaları:
220 vat gərginliyi olan tək fazalı dəyişən cərəyanın şəbəkəsinə dəzgahı qoşun, yerə birləşdirilmiş məftili qapağın birləşdiyi vintlə birləşdirin, dəzgah möhkəm birləşdirilməlidir, yalnız qapaq olduqda işləmək olar, fırlanan buruğa əllə toxunmaq olmaz.