İstifadəyə dair təlimatlar
İşə başlamamışdan əvvəl PPM kələflərində olan arıçılıq məftilini dolanan məftildən buraxın. Hər dəfə lazımi uzunluqda məftil ölçüsünü kəsərək və yenidən dolayaraq işə başlayın. İşi qurtardıqdan sonra qalan kələfi məftilə dolayın və quru otağa qoyun.
8.3. Qarqara tutacağı QT
Pətək çərçivələrini təchiz edərkən PP-K1, PPK2, PP-K3 arıçılıq məftillərindən qarqaranın açılması üçün təyin olunub. Onun əsas ölçüləri, millimetrlə: uzunluğu - 135 millimetr, eni - 75 millimetr, hündürlüyü - 58 millimetr, kronşteynlər arasındakı məsafə - 58 millimetr, çəkisi - 0,15 kiloqramdır (Şəkil 8.3).
İstifadəyə dair təlimat
İstifadədən əvvəl cihazın üstünü konservasiya olunmuş yağdan təmizləmək lazımdır. İşləyərkən qarqaranın tutacaqlarını işləyən yerdə bərkidin, sonra isə onun üzərində məftillə olan qarqaranı quraşdırın. Bu, onun açılmasına yol verməyəcək. İşi qurtardıqdan sonra qarqaranın tutacaqlarını korroziyadan qorumaq üçün yağlamaq lazımdır.
8.4. Deşikaçan
Süni şan vərəqini çərçivəyə bərkitməmişdən əvvəl orada əvvəlcədən 4-5 sırada məftili yaxşı dartmaq lazımdır. Bunun üçün çərçivələrin yan lövhələrinin orta xətlərində eyni məsafədə olan yarıqları bizlə deşin və ya deşik açın, oradan isə məftillərin küncünü keçirin. Müxtəlif konstruksiyaları olan deşikaçanlar var. Əl ötürücüsü ilə olan deşikaçanlar daha çox yayılıb (Şəkil 8.4): təkbizli, dördbizli və beşbizli. Çox vaxt dördbizli və beşbizli deşikaçanlardan istifadə olunur, onlar eyni zamanda lövhədə dörd və ya beş yarıq açır. Bu deşikaçanların çatışmayan cəhəti ondan ibarətdir ki, çərçivə lövhələrində yarıqlar açarkən çox vaxt çərçivələr sınır.