8. Çərçivələrdə yarıqların açılması və məftilləmə
8.1. Pətək çərçivələrini məftillə təchiz etmək üçün lazım olan alət və avadanlıqlar
Çərçivələrin məftillə təchiz olunması və onların şanlanması - arıxanada ən çox zəhmət tələb edən əməliyyatlardan biridir. Yeni çərçivələri detallardan yığmaq olar. Çərçivənin möhkəm olması üçün düzgün yığılmalıdır. Bunun üçün aşağıda göstəriləndən istifadə edin:
8.2. Çərçivə yığan dəzgah
Çərçivənin əyri olmaması və bütün çərçivələrin ölçülərinin eyni olması üçün bu dəzgah çərçivələrin yığılması və bərkidilməsi üçün təyin olunub.
Dayaqlara sıx yerləşdirilən üst və alt çərçivə dirəklərini üst dirəklərin altına qoyulan yan lövhələr tutur. Hərəkətsiz halda üst və alt dirəkləri bərkidin (Şəkil 8.1).
Dəzgahı onun özülünün dirəklərinə qoyaraq yan lövhələrini üst və alt dirəklərlə ardıcıl olaraq möhkəmləndirin, yan lövhəsinin hər küncünü isə 30 millimetr diametri olan 1,5 millimetrlik iki mıxla vurun.
PP-K1, PP-K2, PP-K3 arıçılıq məftili. Pətək çərçivələrini təchiz etmək üçün istifadə olunur. Metal qarqara və ya kələfə dolanmış halda buraxılır (Şəkil 8.2).
Arıçılıq məftilini hazırlamaq üçün ümumi təyinatlı, açıq rəngli, tərkibində az karbonu olan polad məftildən istifadə olunur.
İstifadəyə dair məsləhətlər:
Metallurgiya zavodlarının istehsal elədiyi PPM kələflərini kələflərdə olan məftillərdən hazırlayırlar. Məftilin diametri 0,5 millimetr, bir kələfənin çəkisi isə 0,15 kiloqramdır.
Kələflərdə olan arıçılıq məftili kələfin ətrafında bərabər yerləşdirilən eyni diametrli məftillə iki yerdən dolanmalıdır. Məftilin öz küncü ilə də kələfi dolamaq olar. Məftili qapalı quru yerdə saxlayın.