Nəzəri biliklərin qiymətləndirilməsi
Test 7
Sual 1. Süni şan nə deməkdir?
A) Qovuqcuqların özülü ilə sıxılmış təmiz arı mumu vərəqi;
B) Çərçivəyə bərkidilmiş mum vərəqi;
C) Pətəkdəki mum şanı;
D) Əridilmiş mum.
Sual 2. Süni şanların qovuqcuqları hansı ölçüdə olur?
A) İri qovuqcuqlar;
B) Orta qovuqcuqlar;
C) Kiçik qovuqcuqlar;
D) Həm iri, həm də kiçik qovuqcuqlar
Sual 3. Erkək arı süni şanı nə vaxt lazım olur?
A) İşçi arı çox olanda;
B) Damazlıq erkək arıları olan ana arı yetişdirəndə;
C) Hərdənbir;
D) Heç vaxt
Sual 4. Nəyə görə süni şanı təmiz mumdan hazırlayırlar?
A) Anaya görə;
B) Beçələrə görə;
C) Məhsula görə;
D) Arı mumdankənar qatqıları qəbul etmir
Sual 5. Süni şanın növləri hansılardır? (Rənginə görə)
A) Tünd-sarı və şabalıdı;
B) Qara;
C) Qəhvəyi;
D) Boz
Sual 6. Şan balı üçün süni şanın xüsusiyyətləri hansılardır? (vərəqin böyüklüyünə görə)
A) 203 x 425 millimetr (1 kiloqrama 16-18 vərəq);
B) 254 x 425 millimetr (1 kiloqrama 13 vərəq);
C) 114 x 419 millimetr (1 kiloqrama 44 vərəq);
D) 97 x 419 millimetr (1 kiloqrama 62-69 vərəq).