7.2. Süni şanın istehsalı
Süni şan üçün yalnız təmiz arı mumundan istifadə etmək lazımdır (Şəkil 7.2). Arı mumuna çox kiçik kristallaşdırılmış mum, parafin, serezin, karnaub (Braziliya mum palması) mumu, duru gənəgərçək yağı və digər maddələri əlavə edirlər. Parafindən başqa, bütün bu qatqılar süni şanı möhkəmləndirir və mumun ərimə dərəcəsini artırır. Əgər bu maddələr az əlavə olunsa, arılar bu fərqi hiss edir və təmiz arı mumundan olan süni şana üstünlük verir. Bu əsasən nektar yığımı az olduqda özünü büruzə verir.
Təmiz arı mumunun əsas mənbəyi bal şanları olduğundan süni şanın tərkibində digər mum növlərinin qarışıqları və ya təmiz arı mumundan seçilməyən mumaoxşar birləşmələr olmamalıdır (Şəkil 7.3). Bu qarışıqların mumun tərkibində olub-olmamasını kimyəvi və ya fiziki yollarla müəyyən etmək olar. ABŞ-da süni şan istehlakçılarının hamısı süni şanı yalnız təmiz mumdan hazırlayacaqlarını öhdəlik götürərək müvafiq əhdnamə imzalayıblar.
Süni şan istehsalında arı mumunu iki növə bölürlər: tünd-sarı və şabalıdı rəngli mum. Süni şanlardan sürfəli şanlar və balın istehsalı üçün nəzərdə tutulan çərçivələrdə istifadə olunur. Tünd rəngli mumu, əsasən köhnə yuva şanları verir. Sarı, açıq-sarı mumdan şan balı və şan balı çərçivələrinin bölmələri üçün süni şanı istehsal etdikdə istifadə edirlər. Sarı, açıq-sarı mumu qapaqcıqlar və yeni şanlardan alırlar.
Arı mumunu səliqə ilə bütün müxtəlif növlü qarışıqlardan təmizləyənə kimi üzərində işləyirlər. Onu sonra lentə salır və naxışlamaq üçün şançəkəndən keçirirlər. Yuva şanları üçün süni şanı yastıqçaların üzərində hazırlayır, onlar qovuqcuqların divarlarının özül və ön hissəsinin qalınlığını təmin edir. Bu cür süni şanı arılar tez bərpa edir. Şan balın istehsalı üçün süni şanı çox hündür yuva çərçivələrində nazik layda hazırlayırlar, çünki süni şan arıların çəkisinə dözmür. Ona görə də bu cür süni şanlardan yalnız alçaq pətək üstlüyü bölmələrində istifadə edirlər.
7.3. Süni şanların növləri
Yuva şanlarının bərpası üçün yuva çərçivələrinin ölçüsündə olan bal çərçivələrində ən yaxşısı, süni şandan istifadə etmək olar, bunun üçün isə 1 kiloqram süni şana 203 x 425 kvadrat millimetr ölçüsündə 16-18 vərəq lazım olur. Adi süni şanın səkkiz vərəqinə şaquli istiqamətdə olan məftillə lehimlənmiş və armaturla bərkidilmiş yeddi vərəq uyğun gəlir. “Dadan” yuva çərçivələri üçün süni şan vərəqini bir az qalın hazırlayırlar. 1 kiloqram süni şana 254 x 425 kvadrat millimetr ölçüsündə 13 vərəq lazım olur, məftillərlə şaquli istiqamətdə olan kəsiklərə lehimlənmiş 5 süni şan vərəqinin armatursuz olan 6 süni şan vərəqi ilə eyni çəkisi olur.