-
Şanların komplekti anlayışının
öyrənilməsi
|
-
"Güclü arı ailəsi vahid bir orqanizmdir”
ifadəsinin mənasını araşdırın.
-
"Şanlar bu orqanizmin fizioloji yaşaması və
məhsuldarlığı üçün zəruri və böyük mahiyyəti
olan arı ailəsinin tərkib hissəsidir” fikrini
araşdırın.
|
-
Şanların bərpasının öyrənilməsi
|
-
Yazda şanların çatışmazlığının (o cümlədən
yığımdan əvvəl) nəticələrini öyrənin.
-
Məhsul yığımı vaxtı hər ailəyə gücündən asılı
olaraq neçə şanın lazım olduğuna diqqət edin.
-
Arı ailələrinin inkişaf və məhsuldarlığı, şanların
keyfiyyətinin əhəmiyyətliliyi baxımından
qovuqcuqların çirklənməsinə diqqət edin,
tədbirlər düşünün.
-
Təzə şan qovuqcuqlarından çıxan arılarla çox
çirklənmiş qovuqcuqlardan çıxan balaları
müqayisə edin və nəticə çıxarmağa çalışın.
|
-
Yeni şanların bərpasının öyrənilməsi
|
-
Arıların ayırdığı mum və hördüyü şanların bir
çox daxili və xarici amillərinin mürəkkəb
kompleksindən asılılığına diqqət edin.
-
Arıların ayırdığı mum potensial imkanlarının
genişliyini nəzərə alın. Həmin imkanların ailəyə
lazımi şəraitin yaradılmasından sonra meydana
çıxmasına diqqət edin.
-
Bir kilo mum istehsalına nə qədər bal
sərfiyyatını öyrənin.
-
Satış mumunun alınmasının əsas mənbəyinə
diqqət edin.
-
Mum istehsalının artırılmasında süni şanlardan
istifadə etməyi unutmayın.
-
Süni şanla hörülmüş şanın təbii şana nisbətən
möhkəm olub-olmamasına diqqətlə yanaşın.
-
Satış mumunun əsas mənbəyinin nədən ibarət
olmasını öyrənin.
-
Mumqurucu çərçivələrin istifadəsinin səmərəli
olub-olmadığını öyrənin.
|