-
Şanların komplektinin arıxananın qızıl fondu olması, şanların arı ailəsinin tərkib hissəsi
olmasını öyrənin.
-
Müasir arıçılıqda yüksək keyfiyyətli şan ehtiyatlarının yaradılmasının arı ailələrinin inkişaf
etdirilməsi, arıçılıq məhsullarının artırılması və keyfiyyətinin yaxşılaşdırılması, arıçı
əməyinin məhsuldarlığının artırılması üçün çox mühüm əhəmiyyət kəsb etməsini öyrənin.
-
Köhnə - qaralmış şanların yeni şanlardan istər balalama, istərsə də məhsuldarlıqda fərqini
müşahidə edin.
-
Arıların ayırdığı mum və hördüyü şanların bir çox daxili və xarici amillərinin mürəkkəb
kompleksindən asılılığını öyrənin.
-
Mumun ayrılması üçün arıların təzə karbohidrat yem (nektar), hətta zülalla (çiçək tozu)
qidalanmasının vacibliyini öyrənin.
-
Güclü ailələrin saxlanılmasının həm bal məhsuldarlığı, həm də mum məhsuldarlığının
artırılması üçün vacibliyinə diqqət edin.
-
Süni şanda hörülmüş şanın təbii şandan möhkəmliyinin səbəblərini özünüzə aydınlaşdırmağa
çalışın.
-
Birinci növ mumun mənbəyinin mum qapaqcıqları olmasına diqqət edin və bu sahədəki
mövcud bilgiləri öyrənin.