Bu cür şanların bərpası üçün keyfiyyətli süni şandan istifadə edilir, o isə üzərində arı qovuqcuqlarının altlıqları olan mum vərəqidir. Onun keyfiyyətinin isə sınmaya davamlılığı, qovuqcuqların ölçüləri hazırlandığı mumun keyfiyyətinə görə müəyyən edilir.
Yeni hazırlanmış şana nisbətən süni şanı bir ay ərzində saxladıqda onun davamlılığını 75 faiz artırmaq olar. Onu günəşdə qızdırmaqla da, həmçinin davamlılığını artırmaq olar. Məhz bu səbəbdən süni şanı əvvəlcədən almaq lazımdır. Süni şanın qovuqcuqlarının paralel tərəflərinin arasında eyni məsafə olmalıdır (5,3 millimetrdən 5,45 millimetrə kimi). Süni şan şəffaf olmalıdır, açıq olmayan, bulanıqlığı və tərkibində emulsiya suyu olan şanların davamlılığı az olur.
Standart yuva çərçivəsi üçün süni şan vərəqinin ölçüləri 410 x 260 kvadrat millimetr olmalıdır. Mexaniki yolla hazırlandıqda 1 kiloqramlıq şanda 15-16 süni şan vərəqi və 14-15 qalın vərəq olur. Çoxgövdəli pətəklərin çərçivələri üçün isə 410 x 190 kvadrat millimetr ölçüsü olan süni şanlardan istifadə olunur.
Süni şanda hörülmüş şan təbii şandan möhkəm olur, çünki süni şan vərəqi təbii şandan daha möhkəm və qalın olur. Bundan başqa, süni şan çərçivələrinin yan lövhələrinin arasına dartılmış məftillə bərkidilir və ya armaturla bağlanır.
Şanların bərpası üçün yuvaları genişləndirərkən, gövdə və calaqları qoyarkən, həmçinin yeni ailələri yaradarkən pətəklərə süni şanla olan çərçivələr qoyun. Təbiətdə az da olsa, yığım başlayandan qurtarana kimi ailələrə bu cür çərçivələri qoyun. Arılar nə qədər çox süni şan çərçivələri hörərsə, bir o qədər də çox köhnə şan, satış mumunun əsas mənbəyini çıxdaş etmək olar. Bundan başqa, satış mumunun artırılması üçün mum tullantılarını (şanların kəsikləri, analıqlar, çərçivələrdən təmizlənmiş şan və s.) səliqə ilə yığmaq lazımdır ki, sonradan onları günəş muməridənində əritmək mümkün olsun. Birinci növ mumun mənbəyi mum qapaqcıqlarıdır, onlar bal şanlarının möhürləri açılarkən həmin şanlar bal süzülməmişdən əvvəl qovuqcuqlardan kəsilir. Ona görə də şan ehtiyatı kifayət qədər olduqda bu cür balı süzməyə tələsməyin, qoyun, arılar şanları tam möhürləsin. Bununla da həm balın keyfiyyəti, həm də mum istehsalı artacaq. Mumun çıxmasını artırmaq üçün mumqurucu çərçivələr və pətək üstlüyündən istifadə etmək məsləhət olunur. Lakin bu cür məsləhətlər lazımi şan ehtiyatlarının yaradılmasına kömək etmir, çünki arıların hördüyü şanlar kəsilir və əridilir. Mumqurucu çərçivələrin istifadəsi əlavə olaraq səmərəsiz əməyin sərf olunması ilə bağlıdır (hər 2-3 gündən bir yuvanı açmaq və şan hissələrini kəsmək lazımdır).
İri arıçılıq təsərrüfatı şəraitində bu üsulu tətbiq etmək olmaz, çünki o, bir arıçının qulluq etdiyi arı ailələri və əməyin məhsuldarlığının maya dəyərinin artmasına səbəb olmur. Təsadüf deyil ki, arıçılıq inkişaf etmiş ölkələrdə bu üsuldan iri sənaye arıxanalarında istifadə etmirlər.