Nəzəri biliklərin qiymətləndirilməsi
Test 5
Sual 1. Arı kənarlaşdırıcısı nədir?
A) Arakəsmə taxta;
B) Çoxgövdəli pətəklərdə gövdə ilə calaq pətəyin arasında qoyulan, arılara bir istiqamətdə
keçməyə imkan verən qurğu;
C) Pətək üstlüyü;
D) Arıları bir yerə yığan alət
Sual 2. Arı sorucusunun funksiyası nədir?
A) Arıları sakitləşdirmək;
B) Çöldəki arıları pətəyə salmaq;
C) Arıları calaq pətəkdən kənarlaşdırmaq;
D) Arıları nizamla işlətmək
Sual 3. Arıçılıq bıçağının funksiyası nədir?
A) Şanları doğramaq;
B) Çərçivələri yonmaq;
C) Uçuş bacasını açmaq;
D) Şanların üzünü açmaq
Sual 4. Şanaçma alətləri hansılardır?
A) Arıçılıq bıçağı;
B) Arıçılıq buxar bıçağı;
C) Şanaçma çəngəli;
D) Arıçılıq bıçağı, arıçılıq buxar bıçağı, şanaçma çəngəli
Sual 5. Şanaçma altlığı və şanaçma masasından nə üçün istifadə olunur?
A) Bal yığmaq üçün;
B) Çərçivələri düzmək üçün;
C) Təmizlənmiş mum qapaqları və şirəsinin tökülməsi üçün;
D) Arıları yemləmək üçün
Sual 6. Balsüzən nə vaxt ixtira edilib?
A) 1865-ci ildə;
B) 1900-cü ildə;
C) 1867-ci ildə;
D) 1890-cı ildə