5.9. Balsüzmə cihazı və mexanizmləri
Onlar möhürdən açılmış şanlardan balı süzmək üçün təyin olunub. Balsüzəni 1865-ci ildə Frantişek Qruşka ixtira edib. Balsüzən yarandıqdan sonra lazımi istifadəsini tapdı. O vaxtdan çoxlu balsüzmə cihazlarının növləri yarandı (Şəkil 5.11). Bütün balsüzmə cihazları çərçivələri çənin oxu ətrafında fırlanarkən əmələ gələn mərkəzdənqaçma qüvvəsi ilə səciyyələnir (Şəkil 5.12).
Şəkil 5.11. Müxtəlif balsüzmə cihazları
Şəkil 5.12. Çərçivələrin yerləşdirilməsi üslubuna görə balsüzənlərin növləri
1 - Çərçivələri kasetlərdə heç bir cihazsız fırlanan xordalı balsüzən;
2 - Radial;
3 - Xordial-radial.