5.7. Şanaçma altlığı
Qalaylanmış ağ tənəkədən hazırlanmış enli dərin olmayan altlıqdır. Altlıqda möhürlər açılarkən onun üzərinə əyrisinə şanlar qoyulan metal torla çərçivə quraşdırılıb. Şanaçmadan sonra mum qapaqlarını çəngəllə altlıq və ya digər qabda təmizləyirlər. Şanaçma altlığı birtərəfli və ikitərəfli çərçivə ilə ola bilər. İkitərəfli altlıq birtərəfli altlıqdan onunla fərqlənir ki, onun biri digərinin üzərinə əyrisinə qoyulan metal tor ilə iki çərçivəsi olur (Şəkil 5.8).
İkitərəfli altlıq olduğu təqdirdə eyni vaxtda birbirinə qarşı duran iki arıçı işləyə bilər və onların hər biri metal torlu çərçivəyə arxalanan şanı möhürdən açacaq (Şəkil 5.9).
Şanaçma altlıqlardan istifadə edilərkən bal masaya süzülmür, o, tənəkə qabına tökülür və oradan da yığılır. Həvəskar arıçılar tərəfindən bu cür altlıqlardan müvəffəqiyyətlə istifadə olunur.
5.8. Şanaçma masası
Üzərində çoxlu ballı şanlar asılan və dayaqlar üstündə dayanan uzunsov yeşikdir. Uzun divarlar və masanın altlığı yarpaq materialı ilə tikilir, altlığı süzülən kran tərəfə bir az əyilib. 50-100 millimetr hündürlüyündə olan masanın altında qalaylanmış metal tor bərkidilib (Şəkil 5.10).
Masanın mərkəzində yuxarı hissəsində ikitərəfli altlıqda olduğu kimi iki metal torlu çərçivələr birbirinə eyni bucaq altında yerləşdirilib, bu isə şanaçmanın dirəyi hesab olunur.
Bal şanlar möhürdən açılarkən masanın bir küncünə yığılır. Onların möhürləri tədricən açılır, sonra isə balsüzənə yaxın yerləşən masanın əks küncünə qoyulur. Şanaçma zamanı mum qapaqları masanın iç küncü və ya hazırlanmış lövhə ilə çərçivəaltı boşluqlara təmizlənir.
Kəsilmiş mum qapaqları asanlıqla masanın altında saxlanılan metal tora düşür, orada isə torda qalan mum qırıntılarından azad olunur. Süzülən balı vaxtaşırı masanın altından bidon və ya digər qaba süzürlər. Şanaçma masasından 50 və daha çox arı ailəsi olan təsərrüfatlarda istifadə olunur.