100 millimetr diametri olan əyilən şlanqın köməyi ilə yuxarıdan aşağı arıları sovurun. Yaxşı olar ki, calaq pətəkdən bir şan götürülsün və sonradan arıların asanlıqla sovrulması üçün olan çərçivə aralıqları genişləndirilsin. Sovrulan arılar maili səthlə sürüşüb pətəklərin qarşısında olan ota düşür, yaşlı arılar uçur, gənc arılar isə pətəyə keçir (pətək yüksəkdə yerləşməyibsə).
Bu üsuldan istifadə etmək məqsədyönlüdür. Çox iş yoxdur. Sovrulduqdan sonra arılar sürətlə pətəyə qayıdır, arı oğurluğu istisna olunur, ətrafdakı hava temperaturundan asılılığı olmur, yalnız calaq pətəklərlə iş görülür, bu səbəbdən də işin məhsuldarlığı artır. Çatışmayan cəhət isə mühərrikin səsi və sorucunun yüksək qiymətidir.
5.3. Bal şanlarının açılması üçün avadanlıq və cihaz
Bura bal şanlarının açılması üçün lazım olan avadanlıq, mexanizm və cihazlar aiddir.
5.4. Möhürlərin kəsilməsi üçün bıçaq
Əyilmiş dili ilə taxta dəstəyi olan uzun, nazik polad bıçaqdır. Bıçağın dilinin uzunluğu 180 millimetr, dəstəyin uzunluğu isə 120 millimetrdir. Bıçağın iki dili şanların dəstəkdən 30 santimetr məsafədə aralı tutmasına imkan verir, ona görə də arıçının əli şanda bala dəymir (Şəkil 5.3).
Dilin hər tərəfi ilə şanları açmaq üçün bıçaq hər iki tərəfdən çox iti olmalıdır. Arıçı bıçağının köməyi ilə şanlar yuxarıdan aşağı möhürdən açılır və kəsilmiş qapaqlar asanlıqla əvvəlcədən qoyulmuş qaba düşür və şana yapışmır. (Şəkil 5.4).
5.5. Buxar bıçağı
Arıçılıq bıçağının təkmilləşdirilmiş növü buxar bıçağı hesab olunur. O, uzunluğu 400-500 millimetr, qalınlığı 3 millimetr və eni 50-60 millimetr olan möhkəm polad lövhə (metaldan olan mexaniki mişar, maşın resoru və s.-dən), daxili diametri 6-8 millimetr olan mis boru, uzunluğu 12 metr olan rezin və ya polietilen şlanqlar, parçadan olan istilik keçirməyən örtükdən hazırlanır (Şəkil 5.5).