-
Arıların səsi fərqli, arada kəsiləndir,
bacadan siçan iyi gəlirsə, bu o deməkdir ki,
pətəkdə siçan və ya yereşən var;
-
Hətta taqqıldadıqdan sonra belə ailədən səs
eşidilmirsə, onda ailə ölüb;
-
Arı ailəsinin qulaq asılması üçün bir tərəfi
baca, bir tərəfi isə qulağa qoyulan rezin
borudan istifadə olunur;
-
Apiskopdan rahat istifadə etmək olar;
-
Apiskopu adi fonendoskopla (Şəkil 4.27) da
əvəz etmək olar.
-
Bu mövzunun məqsədini özünüz üçün aydınlaşdırın.
-
Arının xalq təsərrüfatındakı əhəmiyyətini dərk etmək üçün onun məhsullarının tam
siyahısına diqqət edin.
- Avadanlığın əsas vahidi olan pətəyin komplektini öyrənin.
- Pətəklərə verilən əsas tələblərin nədən ibarət olmasını öyrənin.
- Arılarla işləyərkən lazım olan avadanlığın tam siyahısını tərtib edin və onların funksiyalarını
öyrənin.