4.4.15. Çərçivəli yem təknəsi
Yapışqan və mıxların köməyi ilə divarlara hər iki tərəfdən bərkidilən taxta lövhədən olan çərçivədir. Divarları çox vaxt ağac liftli plitədən hazırlayırlar. Mərkəzə isə üzgəc qoyurlar - ağacdan dirək (Şəkil 4.25).
4.4.16. Arılar üçün içməli su təminatı
Arılar üçün bahar əhəmiyyətli bir mövsümdür. Bu zaman arılar təmizlik uçuşlarını yerinə yetirir, aktiv işləyir və gəncləri bəsləyir. Xüsusilə də, bu dövrdə onların rahat olması üçün zəruri şərait təmiz və yetərincə isti suyun olmasıdır. İlk istiliyin gəlməsi ilə arıçılar öz arıxanalarında arıları içməli su ilə təmin etməlidirlər (Şəkil 4.26).
Şəkil 4.26. Arıxanada su təminatı
4.4.17. Arı ailələrinə qulaq asmaq üçün cihazlar
Qışlama zamanı arı ailəsinin vəziyyətinə bacadan qulaq asılır. Qulaq asarkən müəyyən etmək olar: