4.4.11. Ana qapağı
Ana qapağından, adətən mayalanmış ana arının təcrid edilməsi və aliyə yeni ananın verilməsində istifadə olunur (Şəkil 4.21).
Şəkil 4.21. Ana qapağı
4.4.12. Kiçik arı ailəsi pətəkləri
Mayalanmamış analar analıqdan çıxdıqda mayalamaya kimi saxlanarkən kiçik arı ailəsindən istifadə olunur. Ana arı kiçik arı ailəsi pətəyində saxlanarkən kiçik arı ailəsində yaşayır (Şəkil 4.22).
4.4.13. Yem təknəsi
Plastmasdan olan çərçivəüstü yem təknəsidir. Perimetrə görə yem təknəsinin ikiqat əyilmiş ətrafları var. Yem təknəsinin içində qaldırılmış yarıq boru var ki, onun köməyi ilə arılar yem təknəsinə keçə bilir. Bu yarığı böyük diametrli qalpaqla bağlayırlar. Boru ilə qalpaq arasında boşluq arıların şəkər şərbətini seçmək üçün nəzərdə tutulub. Yem təknəsinə 2 litr şəkər şərbəti süzmək olar. Qapaqsız yem təknəsindən arılara şəkər-bal xəmiri və ya şəkəri vermək üçün istifadə edirlər (Şəkil 4.23).
4.4.14. Çərçivəüstü yem təknəsi
Çox rahatdır. Həcmi 2 litrdir. Pətəyin tavanına yarığın üzərinə qoyulur (Şəkil 4.24).