4.4.9. İş qutusu
Bir əldə rahat daşınan balaca yeşikdir. Arılarla işləyərkən lazım olan müxtəlif alətləri daşımaq üçün nəzərdə tutulub (tüstü körüyü, onun üçün material, arıçı iskənəsi, arıçının jurnalı, fırça, çəkic, mıxlar, qayçı və s.). Onun üstündə oturmaq da olar (Şəkil 4.19).
4.4.10. Ana qəfəsi
Bu, ana arının müəyyən zaman ərzində ailədə yerləşdirilərək saxlanması, bir yerdən digər yerə daşınmasında istifadə olunan alətdir (Şəkil 4.20).
QEYD: Ana qəfəsciyinin digər bir funksiyası da var. Ailə anasız olduqda başqa ailədən ana götürülür və ailəyə qəfəsciyə verilir. Arılar qəfəscikdə olan anaya öyrəşəndən sonra ailəyə buraxılır. Əks təqdirdə yad ananı öldürürlər. Əlbəttə, qəfəsciklərin gözlərində fərq olur. Bu cür qəfəsciyə işçi arı girməməlidir.
Şəkil 4.20. Ana qəfəscikləri