4.4.4. Arıçı iskənəsi
Polad alətdir, bir ucu kürəkvari və hər iki tərəfdən itidir, digər tərəfi isə qatlanıb. İskənənin ölçüləri: uzunluğu - 180 millimetr, orta eni - 10 millimetr, düz küncü - 22 millimetr, əyilmiş küncü -24 millimetr, qalınlığı - 5 millimetrdir (Şəkil 4.14).
İskənənin küncünün yanında asmaq üçün deşik var. İskənədən pətəkdə çərçivələrin çəkilməsi, oymaqların dartılması, siyirmələrin açılması, mum və bərəmumdan pətəklərin divarları və yuxarı dirəklərinin təmizlənməsi üçün istifadə olunur.
Şəkil 4.14. Müxtəlif formalı arıçı iskənəsi
4.4.5. Çərçivələrdən arıların süpürülməsi üçün nəzərdə tutulan fırça
Qıldan olan fırça şanlardan arı və mum qırıntıları, çərçivə altlığından isə qışın sonunda ölü arıların süpürülməsi və digər işlər üçün istifadə olunur. Fırça taxta qulp və üzərinə bir sırada at tükləri və ya qıl yapışdırılan kötükdən ibarətdir (Şəkil 4.15).
Plastmasdan da hazırlana bilər. Süpürülmə zamanı arıların fırçanın qıllarında qalmaması üçün fırçanı suda islatmaq, sonra isə bir az nəm saxlayaraq qurutmaq lazımdır.
4.4.6. Ərsin - bel
Pətəyin altlığının təmizlənməsi, oradan ölü arılar, mum qırıntıları və zibilin çıxarılması üçün istifadə olunur (Şəkil 4.16).
4.4.7. Beçə çömçəsi
Arıları ağac budaqlarından toplamaq üçün xüsusi hazırlanmış çömçə (Şəkil 4.17).
4.4.8. Beçə səbəti
Bu, beçə yığıldıqdan sonra yerləşdirmək üçün alətdir (Şəkil 4.18).