Asan hazırlanmış taxta konstruksiyadır, onu
pətəyin yuxarı hissəsində qapağın altından
çərçivələrin üstünə qoyurlar (Şəkil 4.10). Arı ailələri
köçürülərkən havalandırmanı təmin etmək üçün
istifadə olunur.
Hər növ pətəklər arılar üçün insanlar tərəfindən hazırlanmış xüsusi bir məkandır:
-
Hər bir pətək arı ailəsinin bioloji xüsusiyyətləri, həmçinin arıçının tələblərini olduqca
yüksək səviyyədə ödəməyi bacarmalıdır;
-
Pətək geniş olmalıdır. Beçəverməyə yol verməmək üçün yatıq pətəklər yuvanın
genişləndirilməsinə dair tələbləri ödəməlidir, çoxgövdəli pətəklərdə isə yuvanı hədsiz
dərəcədə genişləndirmək olar;
-
Pətəkdə istiliyi təcridetmə olmalıdır. Bu tələbin yerinə yetirilməsi materialın istilik
keçirməyən xüsusiyyətlərindən asılıdır. Bunun üçün yumşaq mənşəyi olan ağac,
penopolistiroldan istifadə etmək olar. Yaxşı olardı ki, pətəyin divarları istilik keçirməyən
xüsusiyyətlərə cavab versin;
-
Pətək yüngül olmalıdır. Arıların daşınması zamanı yükləmə və boşaltma olduğu
səbəbindən, əsasən köçəri arıçılıq üçün pətəyin çəkisi mühüm əhəmiyyət kəsb edir;
-
Pətək arılara sürətlə qulluq etməni təmin etməlidir. Hər bir arıçı sürətlə işləməlidir. Eyni
zamanda arıçı da rahat işləməlidir;
-
Pətəklərin ölçü və tərkibi normaya uyğun olmalıdır. Bu tələbi yerinə yetirərkən müxtəlif
növ pətəklərin bütün tərkib hissələri bir-birini əvəz edir (havalandıran çərçivə, oymaq,
ayırıcı barmaqlıq, çərçivə altlığı, gövdə, istiləşdirici material və başqaları). Pətəklərin
müxtəlif hissələrinin bir-birini əvəz etməsi arı ailələrinə qulluq işini sürətləndirir;
-
Pətək arı ailələrini köçməyə sürətlə hazırlamaq üçün yararlı olmalıdır. Buna yalnız
pətəyin konstruksiyası sadə olduqda nail olmaq olar.
-
Pətək ucuz olmalıdır.
Arılarla işləyərkən istifadə olunan avadanlıq və alətlər sadə və istifadə zamanı rahat
olmalıdır.