Mumqurucu çərçivədən mumun alınmasının artırılması və arı ailəsində beçə instinktinin qarşısının alınması məqsədi ilə istifadə olunur. Həmçinin varroatozla mübarizə üsulu kimi də istifadə olunur (Şəkil 4.7).
Arakəsmə taxtadan (diafraqma) arı yuvasının ölçüsünün məhdudlaşdırılması üçün istifadə olunur. Sıxılmış karton və ya taxtadan hazırlanır. Arakəsmə taxtanın hündürlük və eni gövdənin daxili ölçülərinə cavab verməlidir (Şəkil 4.8).
4.1. Ayırıcı barmaqlıq
Arı anasının yuvadan calağa keçməsinə imkan verməyən ayırıcı xətdir. Yuva ilə calaq arasında yerləşdirilməlidir. Ayırıcı barmaqlığı (anakeçməz) (Şəkil 4.9) məftil, tənəkədən hazırlayır, sonra plastmasla möhürləyirlər.
Möhürlənmiş ayırıcı barmaqlığın eni 4,2 millimetr olan uzunsov deşilmiş yarıqları var. Məftilli ayırıcı barmaqlıqda da yarıqlar eyni ölçüdə olur, belə olduğu halda məftilin eni 2 millimetr olacaq.
Yalnız işçi arılar bu yarıqlardan sərbəst keçir. Ana və erkək arıların bədənlərinin ölçüləri böyük olur, ona görə də barmaqlıqlardan keçə bilmir.