Onun işləmə prinsipi suyun qızması nəticəsində və ya buxar kəməri vasitəsi ilə əmələ gələn
isti buxarın istifadəsinə əsaslanır (Şəkil 3.28).
A - 12 litrlik
B - 30 litrlik
Şəkil 3.28. Buxar muməridənləri
Arıçılıqda vintli mumsıxanlar taxta
həvəngdəstə, məngənə, barmaqlıqlar, həvəngdəstəyə
bağlanan metal karkas, çarpaz vasitəsi ilə sıxacları
sıxan sıxıcı vintlə olan qayka, xamıt, həmçinin bütün
konstruksiyanı özündə birləşdirən üst və alt
tirlərdən ibarətdir (Şəkil 3.29).