3.4. Apiskop
Bir metrlik uzunluğu olan rezin borucuqdan arılara qulaq asmaq üçün istifadə edirlər. Apiskop adi tibbi fonedoskopdur, onun səs qəbuledicisinin forması isə qövsşəkilli yastılanmış qıfa bənzəyir (Şəkil 3.26).
3.5. Su muməridəni
Su muməridəni ikidivarlı çəndir, divarların arasından isə su süzülür. Çəni qızdırıcı cihazın üzərinə qoyun. Divarlararası boşluqda olan su qaynayır və mumu əridir. Çənin içərisi paslanmayan poladdan olmalıdır. Bunun üçün adi minalanmış qabdan istifadə etmək olar. Su muməridənlərində şan, mum qapaqcıqlarını əritmək olar (Şəkil 3.27).
Şəkil 3.27. Su muməridəni