Çiçək tozu yığan cihazdan arıların gətirdiyi və pətəyə salmağa çalışdığı çiçək tozunun yığılması üçün istifadə olunur. Qurğunun lövhələrinin yarıqlarından keçərkən arı sayrımı düşürür, sayrım isə çiçək tozu yığan cihazın alt hissəsində yerləşən xüsusi qutuya düşür (Şəkil 3.23).
Arı zəhərini alan aparat arı zəhərinin damcılarını çirklənmədən qorumaq üçün xırda tor və ya neylon parça ilə örtülən və silikat şüşədən hazırlanan zəhər yığanı olan iki qoşa elektrod çərçivədən ibarətdir (Şəkil 3.24). Aparat gərginliyi dəyişdirən qurğu ilə təchiz olunub və aşağıdakı qaydada istifadə olunur, zəhər alınacaq arı ailəsinin yuvasına elektrod çərçivələr qoyun.
Ayaqları ilə elektrodun məftillərinə ilişən arı elektrik dövrəni qapadır və elektrik cərəyanın vurmasından qıcıqlanır. Həmin an arı aparatın şüşə lövhələrini sancır. Zəhər dərhal çıxır və şüşədə quruyur. Elektrik cərəyanı söndürüldükdən sonra arılar sakitləşir.
Arıxana və qışlama yerində havanın temperaturu və rütubəti ölçmək üçün psixrometr və termometrdən istifadə olunur (Şəkil 3.25). Psixrometri asanlıqla özünüz də hazırlaya bilərsiniz. Bunun üçün iki adi termometr götürün və taxtaya bir-birinə paralel bağlayın. Onların birinin civə giləsini möhkəm parçaya bükün və saflaşdırılmış və ya qar suyu ilə olan kiçik qaba qoyun. Quru termometrə nisbətən nəm termometr temperaturu bir az aşağı göstərir. Xüsusi cədvəldən istifadə edərək havanın nisbi rütubətini müəyyən etmək mümkündür.