Şəkil 3.16. Müxtəlif yem təknələri
Yaz və ya payızda gəlirin az olduğu zaman arıçılıqda arı oğurluğu kimi bir problem yaranır, yəni oğru və ya ac arılar hər hansı bir üsulla pətəyin bacasından və ya bir yarıq vasitəsi ilə pətəyin içərisinə girməyə çalışır. İlk növbədə, zəif ailələrin olduğu pətəklərə nüfuz etməyə çalışır. Belə halların baş verməməsi üçün gəlirin az olduğu vaxtlar arı ailələrinə baxış keçirilən zaman müxtəlif çadırlardan istifadə edilməsi məsləhətdir (Şəkil 3.17).