Şəkil 3.14. Ballı çərçivələri daşımaq üçün plastik qutu
Payız-qış vaxtı pətəyə siçanın keçməsinin qarşısını almaq məqsədi ilə baca yarığına siyirmə vurun (Şəkil 3.15). Standart siyirmə iki və üç metal lövhəcikdən ibarətdir, onlardan birində arıların keçməsi üçün yarıqlar olur, o həmçinin də bacanın bütün işığının qabağını alır. Bu lövhə hərəkətli olur, siyirmə formasında ikinci lövhənin kiçik qanovuna (kötüyünə) salınır, sonra isə bacaya vurulur. Baca yarığının hündürlüyü 8 millimetrə çatır, siçanlar oradan pətəyə keçə bilmir.
Şəkil 3.15. Uçuş bacası üçün siyirmə
3.2. Yem qabları
Arıçının əsas vəzifəsi arı ailəsinin inkişaf etməsi üçün şərait yaratmaqdır. Ona görə də arıxanada ehtiyat bal yoxdursa, o zaman arıçı şəkərli şərbətlə balı əvəz edərək arıları yemləndirməlidir. Şərbət arılara yem qablarında verilir. Yem qablarının çərçivə, üst çərçivəaltı və başqa növləri olur (Şəkil 3.16).