Bölgü çərçivələrini nazik taxtalar və ya plastmasdan hazırlayırlar (Şəkil 3.8).
Çərçivə ayıran - pətək çərçivələrinin hissəsidir, onsuz bal yığımına pətəklərin köçürülməsi, həmçinin nəqliyyatın hərəkəti zamanı çərçivələrin daşınması çətin olur, pətəklər isə öz növbəsində arıları sıxır (bu cür olduğu halda hətta arılar şanların üzərində də işləyə bilər). Müxtəlif növ ayırıcılar olur (Şəkil 3.9).
Çox vaxt arıçılar 12 x 15 x 100 kub millimetr ölçüsü olan taxta dirəklərdən istifadə edirlər ki, yuvanı köçməyə hazırlaşdırarkən dirəkləri çərçivələrin yan lövhələrinin (hər iki tərəfindən) arasından üstünə qoymaq mümkün olsun. Əgər yan lövhələrin eninə bərabər olan məsafə saxlayaraq taxta dirəkləri lövhəyə vursanız, onda bütün dirəkləri çərçivələrin arasına bir vaxtda salmaq olar, bununla da köçmək üçün arı ailəsinin yuvasının yığılmasını daha sürətləndirmək olar (hər ailənin yuvasını tam yığmaq üçün dirəklərlə olan iki belə lövhə lazımdır).
Həmçinin qalın konusvari başlığı ilə dəmir basmadüyməsi olan və ya çərçivələrin yan lövhələrinə vurulan dəmir bənd formasında olan ayırıcılara rast gəlmək olar. Çərçivəyə dörd ayırıcı vurun (hər iki tərəfdən).
Hofman daimi ayırıcılarla olan çərçivələr daha rahat olur (Şəkil 3.10). Arıxanalarda daha çox istifadə olunur. Bu ayırıcılar çərçivələrin yan lövhəsinin yuxarı hissəsinin üçdə birinin 37 millimetrə kimi genişləndirilməsidir. Yaxınlıqda yerləşdirilən bu cür çərçivələr bir-birinə yaxşı birləşdirilir, bu da nəql zamanı onların davamlılığını təmin edir.
Son zamanlar müasir plastmas pətək çərçivələrindən də arıçılıqda istifadə olunur (Şəkil 3.11).