Hazırda respublika arıçıları əsas üstünlüyü 8 və 10 çərçivəli pətəklərə verirlər. Çünki arıçının əsas məhsul götürmə marağını nəzərə alaraq ana bioloji olaraq 6-8 şan yumurta qoyduqdan sonra ailə bal tədarükünə başlayır. Bu zaman pətəyə ikinci mərtəbə verilir ki, arılar bal ehtiyatını toplasın. Bunlarla yanaşı, ana arı yetişdirmədə penopolistiroldan hazırlanmış cütləşdirmə qutularından istifadə olunur (Şəkil 2.16).
Sərbəst iş üçün tapşırıqlar