2.1.3. Yatıq pətək
Yatıq pətək bir bölmədən ibarət olan arı yuvasıdır. Bu pətəklərin həcmi 20-24 çərçivəyə qədər uzanır (Şəkil 2.12).
A - eninə kəsik;
B - uzununa kəsik.
Belə pətəkdə qışda zəifləmiş ailələr çox gec inkişaf edir. Meyvə ağacları və bəzi nektarlı bitkilərdən alınan ilk yaz yığımından sonra arılar sürfələrin üstündə 5-10 santimetr zolağında çoxlu bal ehtiyatı yığır, bu isə anaların yumurta qoymaq yerini azaldır, nəticədə ailə növbəti məhsuldar yığıma gecikir. Bu balı süzmək qeyri-mümkündür, çünki şanların üzərində sürfələr olur.
Çoxgövdəli pətəkdə arı ailələrinin saxlanılmasının üstünlüyü, həmçinin ondan ibarətdir ki, əsasən bal sürfə olmayan və süzülə bilən ayrı-ayrı çərçivələrdə olur.
Yatıq pətəklərdə arıçılar 70-80 ailə, çoxgövdəli pətəklərdə isə 100-150 ailəyə qulluq edirlər. Bu da arıların əməyinin məhsuldarlığını kəskin şəkildə artırır. Adi çərçivədən olan yatıq pətəkdə lazımi istilik temperatur rejiminin olmaması səbəbindən arı beçəsi və zəif arı ailəsi çox gec güc yığır.
Yatıq pətəyi 20 çərçivədən hazırlayırlar, divarlar və altlığı 35-40 millimetr, qapağı taxta örtükdən, altlığı bütöv və 5 bacası olur, ön divarda hər birinin uzunluğu 200 millimetr və hündürlüyü 12 millimetr olan iki alt baca, onların üstündə isə 100 x 12 millimetr ölçüləri olan iki baca vardır. Beşinci baca isti yığım üçün şalbanbaşı ilə döşənmiş divarın aşağı hissəsindədir. Yazda ailəni isti yığımla saxlayır, beçəvermə vaxtından əvvəl isə ailəni soyuq yığımına keçirdirlər (Şəkil 2.13).