Uçuş taxtası daşıma zamanı gövdəyə tərəf çəkilir və siyirmələri düşmə və ya tərpənməkdən qoruyur.
Pətəyin üstündə 80 millimetr hündürlüyü olan çardaqlar var, arıların köçürülməsi zamanı üstü torla bağlana bilər.
Pətəyin qapağı ensizdir, dəmir və ya tolla örtülür, qabaq və arxada pətəyin havalanması üçün pəncərələri olan açılan qapaqcıqlar var, qapaqcıqlar qapağın açılmasının qarşısını alaraq dərinə açılır. Qapaqcıqlar pəncərələrlə bağlıdırsa, pətəyin üstünün istiləşdirilməsi üçün çardaq qapaqla örtülür. Köçürülmə zamanı pətəklərin hissələri xamıtla bərkidilir. İkigövdəli pətəyin qapağı ilə birlikdə ölçüləri: hündürlüyü 860 millimetr, uzunluğu 580 millimetr, eni 580 millimetr.
İkigövdəli və çoxgövdəli pətəklərdə şaquli boşluqlar olur, ona görə də orada temperatur hündürlükdən asılıdır. Aşağı hissəsi soyuq olur, yuxarı hissəsi isə qalxdıqca istiləşir. Arılar sürfəli yuvanın yerləşdirilməsi üçün münasib yer seçir.
Bundan başqa, iri çərçivəaltı boşluğa ehtiyac olarsa, arılar olan gövdənin altına boş gövdə qoymaq olar və ailənin sağlamlığı üçün zəruri sayılan sanitar şəraitin yaxşılaşdırılmasına nail olmaq olar. Yatıq pətəkdə bu cür imkan yoxdur.