İstiləşdirici materialın qoyulması, yem təknələrinin yerləşdirilməsi və ailələrin yatıq pətəklərdən çoxgövdəli pətəklərə köçürülərkən gövdənin aşağı hissədən artırılması üçün 70 millimetr olan əlavə üstlük hazırlanır. Hər gövdədə 10 çərçivə ayıran var. Tərs altlığın köməyi ilə yazda çərçivəaltı boşluq 20 millimetr, yay və qışda isə 32 millimetr olur. Bu cür hündürlükdə arılar qanadları ilə çərçivələrin alt künclərinə ilişməyərək pətəkləri havalandırır. Tərs altlığın quruluşu pətəyin bütün ön divarında 22 millimetr hündürlüyü olan baca yarığının yaranmasına səbəb olur. Onun uzunluğu baca siyirməsi ilə tənzimlənir. Arılarla olan pətəklər köçürülərkən yarıqlar taxta dirəklərlə bağlanır.
Divarların uzunluğuna görə ön və yan hissədə 20 millimetr eni və 11 millimetr hündürlüyü olan çərçivələr üçün oyuqlar qoyulur. Oyuğun dərinliyi 10 millimetr olan çərçivəüstü boşluq yaradır (Şəkil 2.6).
Yuxarı gövdə alt gövdəyə qoyularkən 10 millimetr diametri olan çərçivəüstü boşluq arıları əzilmədən qoruyur, çünki onlar aşağı gövdənin yuxarı dirəklərində ola bilər.
Çoxgövdəli pətəklərlə işi rahatlaşdırmaq üçün gövdənin çölündən ön və arxa divar və ya hər dörd tərəfindən 100 millimetr uzunluq və 20 millimetr eni olan yarımdairəvi kəsiklər açılır. Aşağı gövdədən yuxarı gövdəni çıxartmaq və ya quraşdırmaq üçün barmaqlar vasitəsi ilə bu kəsiklərdən tutulur (Şəkil 2.7).
Hər gövdənin ön divarında yuxarı baca 20-25 millimetr diametri olan dairəvi və ya 50 millimetr uzunluq və 12 metr hündürlüyü olan uzunsov yarıq formasında kəsilir. Ehtiyac olduqda baca tam örtülür və ya taxta pazla bağlanır. Baca yarığını baca siyirməsinin köməyi ilə kiçildirlər. Onun bir tərəfində 200 x 20 millimetr ölçüsündə kəsik yer açırlar. Kəsik yerin üstündən baca siyirməsi vurulur. Hərəkətli lövhələr mişarla iki yerə bölünür. Hissələri hər iki tərəfə çəkmək və lazımi enlikdə baca yarığı almaq olar.
Köçürülərkən, qışlama yerindən çıxarılarkən və arılar olan pətəklər qışlamaya hazırlanarkən yuxarı hissədən aşağıya çevrilən baca siyirməsi baca yarığının üstünə gətirilir.
Üzü aşağı çevrilən lövhələr, əsasən qışda və soyuqlardan sonra arıların topada olduğu vaxt pətəklərə siçanların daxil olmasına imkan vermir.