Yatıq pətəklərdə arı ailələrinə qulluq etmək üçün çoxlu vaxt tələb olunur, bu isə hər arıxana yerində arıçı nəzarəti tələb edir. Bal yığımını artırmaq üçün arıçı və köməkçisi tərəfindən qulluq olunan iki arıxana yerində olan pətəklərə 50 ailəni yerləşdirirlər. Arıçılığın sürətlə inkişafı nəticəsində balın yığılması üçün arıxanada pətəklər həm yuva, həm də şöbədə eyni ölçülü çərçivələrlə olmalıdır. Bal ehtiyatları eyni şanda olan sürfənin üstünə yox, ayrı-ayrı çərçivələrə qoyulmalıdır.
Pətək həm şaquli, həm üfüqi istiqamətdə sökülüb-yığılmalı və köçürülməyə hazır olmalıdır. Bu tələblərə çoxgövdəli pətəklər cavab verir.
2.1.1. Çoxgövdəli pətək
O, dörd və daha çox gövdə, tərsinə çıxarılan altlıq, şaquli istiqamətdə olan ayırıcı taxta və qapaqdan ibarətdir (Şəkil 2.4 və Şəkil 2.5).