-
Əllə şanlama cihazlarının öyrənilməsi
|
-
Lokalın quruluş və vəzifələrini öyrənin.
-
Vərdənəni diqqətlə nəzərdən keçirin və
istifadə qaydalarını diqqətinizdə saxlayın.
-
Vərdənənin quruluşuna görə növlərini
praktik olaraq öyrənin və çərçivənin hansı
hissələrində işlədilməsinə diqqət edin.
|
-
Çərçivələrin elektriklə şanlanması üçün
qurğu və cihazların öyrənilməsi
|
-
Əllə şanlamanın çox ləng, elektriklə
şanlamanın daha sürətli olmasını nəzərə
alaraq mütərəqqi üsulu diqqətinizdə
saxlayın.
-
V. D. Lukoyanovun elektriklə şanlama
cihazının iş prinsipi və onunla işləməyi
öyrənin.
-
Bu cihazın gördüyü işin əllə görülən işdən
səmərəsinin 2,5-3 dəfə çox olmasını nəzərə
alın.
-
Cihazdan istifadə edərkən təhlükəsizlik
qaydalarına əməl edin.
|
-
N. A. Paseçniçenkonun pətək şanlarının
elektriklə şanlanması cihazının
öyrənilməsi
|
-
N. A. Paseçniçenkonun cihazı ilə əvvəlki
cihazın fərqini müəyyən edin.
-
Bu cihazın iki lekallı olması və hər lekalın
tərəflərində dirəklərin olmasına görə
cihazın bütün ölçülü çərçivələrinin
şanlanmasına imkan verməsinə diqqət edin.
-
Cihazın 12 voltla işləməsi, məftillərin
dartılaraq eyni vaxtda (2-3 saniyəyə) 2
çərçivəni şanlamasına diqqət edin.
|