Cihazın lekalının üzərinə süni şan qoyun. Sonra çərçivəni süni şanın üstünə qoyun, ehmalca sıxın və basmadüyməni basmaqla cərəyanı qoşun.
Elektrik cərəyanı keçirərək çərçivələrin məftili qızır və lekalın gövdələrində olan sabit maqnitlərin çəkmə qüvvəsinin köməyi ilə süni şana bərabər yapışır.
Elektrik cərəyanı qoşduqda pətək çərçivələrinin məftili soyuyur və yüksək keyfiyyətli şanlama ilə təmin edərək orada süni şanlara nəzarət edir.
İşin təhlükəsizlik qaydaları
Lekal aşağı gərginliyi olan transformatorun çıxan hissəsinə qoşularkən xüsusi ştepsellər quraşdırılmalıdır ki, lekal birbaşa 220 voltluq şəbəkəyə qoşulmasın.
9.3. N. A. Paseçniçenkonun pətək şanlarının elektriklə şanlanma cihazı
Cihazda iki lekalı olan 2 əsas var: onların hər birinin uzununa olan oyuqları var, həmçinin bir-biri və pətək çərçivələrinin məftillərinin uzununa olan oxlarla paralel yerləşən düzbucaqlı maqnitlərlə olan milləri var. Maqnit elementləri çərçivənin məftillərinə yaxın yerləşir, bu isə toxunmadan məftili süni şana birləşdirməyə imkan verir.
Hər lekalın alt hissəsində qovuqcuqlar formasında çotur lövhəciklər var, ona görə də süni şan lövhəciklərə birləşir. Hər bir lekalın çotur tərəflərində dirəklər var, dirəklərin üst hissəsi elektriklə kontaktı olan şinlər və süni şanın orta vərəqi ilə bir səthdə yerləşir.
Dirəklərin bu cür yerləşdirilməsi çərçivədə olan bütün şanların bir səthdə bərpa olunmasına köməklik göstərir, bu isə bütün ölçülü çərçivələrin elektriklə şanlanması zamanı çox vacib hesab olunur. Lakin bəzi dirəklər elektromaqnit şinlər funksiyasını yerinə yetirir. Dirəklərin alt hissəsi elə hazırlanıb ki, ora tənzimləyicidən gələn elektrik məftillər birləşdirmək olar.
Müxtəlif ölçülü çərçivələrin elektriklə şanlanması üçün maqnit elementlərinə paralel yerləşdirilən lekallarda uzununa olan oyuqlar var. Oyuqların dərinliyi orada müxtəlif ölçülü pətək çərçivələrinin alt dirəklərini quraşdırmağa imkan verir.
Elektrik şəbəkəyə qoşulmaq üçün ştepsel nəzərdə tutulub. Lekal lövhəcikləri taxta-liftli plitələrdən hazırlanır.
Lekal bu cür işləyir: ştepseli 12 volt gərginliyi olan güc transformatorunun şəbəkəsinə qoşun.
Lekalların lövhələrinin birinə suda isladılmış süni şan, süni şanın üzərinə isə şanlamaq üçün nəzərdə tutulan çərçivəni qoyun.
Məftili düzləndirmək üçün çərçivənin üzərinə basın, bütöv məftil elektriklə kontaktı olan şinlərin dirəklərinə çatır, onlara söykənir və bir səthdə düz olur.
Məftildən gələn cərəyanı qoşun ki, onlar qızdırılsın. Maqnit elementlərin köməyi ilə cərəyanla qızdırılmış məftil dartılır və süni şan vərəqinin ortasına düşürülərək düz yapışdırılır. 2-3 saniyədən sonra cərəyanı çıxarın.
Məftil soyuyana kimi digər lekalları işə hazırlayın. Lekalın maqnit elementlərinin köməyi ilə toxunmadan məftil süni şan vərəqinin mərkəzinə bərkidilir.