1. Ətraf mühitin mühafizəsi
Arılar heç vaxt ətraf mühiti pisləşdirməyib, insanlar və heyvanlara heç bir kütləvi təhlükə törətməyib. Doğrudur, dünya təcrübəsində arıların hücumundan insan və heyvanların ölməsi faktları qeydə alınmışdır. Lakin son vaxtlar bu fəlakətin təhlükəli vəziyyəti ilə əlaqədar heç bir məlumat daxil olmayıb. Ola bilər ki, arıların digər irqlərlə nəzarətsiz cütləşməsi vəziyyəti yaxşılaşdırıb, yəni həmin arılar qismən və ya tamamilə şiddətini itirib, mələzləşdirmədən sonra isə daha mehriban olub.
Qeyd olunmalıdır ki, bitki aləmi, xüsusilə entomofil (həşəratlarla tozlanan bitkilər) bitkilərin arıların qulluğu və çiçəklərin tozlandırılmasına xüsusi ehtiyacı var (Şəkil 1.1). Bunsuz təbiətdə düzələ bilməyən kəskin dəyişikliklər ola bilər. Bu baxımdan “Arılar itərsə, bəşəriyyət məhv olar” deyimi yerinə düşür. Arılar və digər tozlandırıcılarsız (əsasən Apidae ailəsindən olan nümayəndələr, yəni arılar) tozlanma olmazsa, entomofil bitkilər məhv olar.
Qeyd etmək lazımdır ki, arıxanaya yaxın olan insanların təhlükəsizliyi üçün “DİQQƏT: ARILAR!” xəbərdarlıq lövhəsi olmalıdır (Şəkil 1.2). Həmçinin bilməlisiniz ki, bəzi insanlara hətta bir arının sancması ölümcül təhlükəli ola bilər. Həmin insanlar arı sancmasının qarşısını almaq və heç vaxt arıxanaya getməmək üçün çox diqqətli və ehtiyatlı olmalıdır.
Arılardan ətraf mühitin qorunması problem olmamalıdır. Əksinə arılara yaşamaq və işləməyə şərait yaradaraq onları qorumaq lazımdır.
İnsan və heyvanların təhlükəsizliyini nəzərə alaraq arıxananın yerini müəyyən edin. Arıxananın qarşısı, xüsusilə girişdə “Diqqət: arılar!” yazısı olan lövhə qoyun.
Konkret olaraq arıxananın heyvandarlıq fermaları, dəmir yolu və avtomobil yollarından uzaqlığını müəyyənləşdirin. Arıxananı heyvandarlıq müəssisələri, düşərgələrdən 1 kilometr və nəqliyyat magistrallarından 400 metrdən az olmayan uzaqlıqda yerləşdirin. Əhalinin sıx yaşadığı ərazilərdən 1-3 kilometr, səhiyyə, təhsil və mədəniyyət müəssisələrindən 1,5 kilometr aralı yerləşdirilməlidir.
Nəzərə alın ki, tozlanma bitkilər və onun məhsuldarlığına müsbət təsir göstərir. Arılar entomofil bitkilərinin məhsuldarlığını artıraraq arıçılıq məhsullarının dəyəri ilə müqayisədə çoxlu gəlir gətirir: bal, mum, arı zəhəri, çiçək tozu, ana südü və s..
Arıların saxlanılmasının təhlükəsizlik tədbirlərini müəyyən edin. Nəzərə almaq lazımdır ki, arılar üçün təhlükəli olan şəkər, sənaye və qənnadı istehsalat müəssisələrində arıların kütləvi şəkildə ölümü müşahidə olunur.