Sual 7. Arıları hansı pətəklərdə köçürmək olar?
A) Hər cür pətəkdə köçürmək olar;
B) Yeni hazırlanmış və təmir olunmuş pətəklərdə;
C) Qapağı möhkəm olan pətəklərdə;
D) Uçuş bacası salamat olan pətəklərdə.
Sual 8. Köçürmə zamanı təzə nektarlı (duru ballı) və təzə yumurtalı çərçivələri necə mühafizə etmək lazımdır?
A) Həmin çərçivələri pətəkdən çıxarıb ayrı pətəyə köçürmək lazımdır;
B) Saxlamaq lazımdır;
C) Heç nə etmək lazım deyil;
D) Süzmək lazımdır.
Sual 9. Pətəklər köçürülərkən pətəyin əyilmə dərəcəsi neçə dərəcə olmalıdır?
A) 60 dərəcə;
B) 45 dərəcə;
C) 25 dərəcə;
D) Maksimum 30 dərəcə.
Sual 10. Arıxananı hansı ərazilərə köçürmək olar?
A) Hara istəsən;
B) Xüsusi ayrılmış yerlərə;
C) 2 kilometr radiusda, 125 hektar ərazidə bitkilərin nektar ehtiyatı olan əraziyə;
D) İnsan və heyvanların az olduğu əraziyə.