Nəzəri biliklərin qiymətləndirilməsi
Test 7
Sual 1. Arılara qulluq zamanı təhlükəsizlik qaydaları nə üçün lazımdır?
A) Məhsuldarlıq üçün;
B) Arıların sağlamlığı üçün;
C) Xidməti personalın sağlam və normal fəaliyyəti üçün;
D) Lazım deyil.
Sual 2. Tüstü körüyündən nə üçün istifadə olunur?
A) Arıların rəqs etməsi üçün;
B) Məhsula getməsi üçün;
C) Arıları cəld hərəkətə sövq etmək üçün;
D) Arıları sakitləşdirmək üçün.
Sual 3. Üzü arı sancmalarından necə qorumaq olar?
A) Üz toru ilə;
B) Əllə qarşısını kəsməklə;
C) Başını aşağı salmaqla;
D) Hər hansı örtüklə.
Sual 4. Qışlama yerinə yığılan pətəklərin hündürlüyü və keçidlərin eni nə qədər olmalıdır?
A) Hündürlüyü 2,5, eni 1 metr olmalıdır;
B) Hündürlüyü 1,8, eni 1,2 metr olmalıdır;
C) Hündürlüyü 2,2, eni 1,1 metr olmalıdır;
D) Hündürlüyü 2 metr, eni 0,8 metrdən çox olmalıdır.
Sual 5. Çiçək tozu harada qurudulmalıdır?
A) Günəş altında;
B) Ventilyasiya olan otaqda;
C) Açıq hava, kölgədə;
D) İstənilən yerdə.
Sual 6. Arı zəhərini nə vaxt kasetlərdən yığmaq olar?
A) İstənilən vaxt;
B) Günorta vaxtı;
C) Qidalanma dayandırıldığı zaman;
D) Axşamüstü.