Tapşırıq və fəaliyyətlər
|
Təlimat və tövsiyələr
|
-
Arıçılıq məhsullarının yığımı və emalı zamanı təhlükəsizliyin əsaslarının öyrənilməsi
|
-
Bal süzümündən əvvəl lazım olan bütün alətlərin sazlığını yoxlayın.
-
Vərəmumun yığımı zamanı təhlükəsizlik qaydalarına riayət edin.
-
Əllərin zədələnməməsi üçün xüsusi tutacaqlarla bərkidilmiş ülgüclə zəhəri lövhələrdən
təmizləyin.
-
Şanların möhürlərinin açılması üçün buxar bıçaqlarından istifadə edilərkən təhlükəsizlik
qaydalarına riayət edin.
-
Qızdırıcı cihazlardan istifadə etmək üçün təhlükəsizliklə bağlı təlimatı öyrənin.
-
Arıxana mumsıxanı ilə işləyərkən ehtiyat tədbirlərini nəzərə alın.
|
-
Arı ailələrinin nəqli zamanı təhlükəsizliyə dair tələblərin tətbiq edilməsi
|
-
Yüklənməmişdən əvvəl pətəyin tərkib hissələrinin möhkəm bağlandığı, metal torun yerində
olduğuna diqqət edin.
-
Pətəkdəki çərçivələrin yaxşı bərkidilməsinə əmin olun ki, sürfə və arılar zədələnməsin.
-
Yükləmə və boşaltma zamanı nəqliyyat vasitələrinin düzgün saxlanmasında diqqətli olun.
Nəqliyyat vasitəsinin sazlığını nəzərə alın.
-
Arılarla birlikdə yük yerində insanların yerləşməsinin qadağan olduğuna diqqət edin.
|
-
Arıların köçürülməsi zamanı təhlükəsizlik tədbirlərinin nəzərə alınması
|
- Köçməzdən əvvəl hazırlığın nə səviyyədə olmasına diqqət edin.
-
Arıxananın yerinin seçilməsində diqqətli olun.
-
Bitkilərin nektar ehtiyatlarını müəyyən edin.
-
Köçmə zamanı odla işləyərkən təhlükəsizlik qaydalarına əməl edin.
-
Meşədə yerləşən arıxananın ətrafına 6-8 metr eninə (yanğına qarşı) müdafiə zolağının
olmasına diqqət edin.
-
Tüstü körüyünün alışdırılmasnda təhlükəsizlik qaydalarına riayət etməyi unutmayın.
|