7.3. Arıxanaların köçürülməsi zamanı təhlükəsizlik tədbirləri
-
Arıxanaların köçürülməsinə məsul olan şəxs vaxtından əvvəl hazırlıq qaydalarını müəyyən etməlidir.
Köçməyə hazırlıq zamanı təlimat bölmələrində əvvəlcədən göstərilən təlimatlandırıcı məlumatlar və
xəbərdarlıqları nəzərə almaq lazımdır. Köçməni düzgün təşkil etmək üçün müəyyən ərazilərdə 2
kilometr radius, yəni 125 hektar ərazidə bitkilərin nektar ehtiyatlarını müəyyən edin. Bunun üçün
entomofil tərkibli bitkilərin torpaqdan istifadə qaydasının sürətini çıxardın, həmçinin ərazidə
üstünlük təşkil edən küləkləri də nəzərə alın. Öz təsərrüfatlarından kənar köçən arıxanalarda
arıların səhhəti ilə əlaqədar baytarlıq müəssisəsinin xüsusi sənədi olmalıdır. Arıxanalar bölgələrə
köçürülərkən arıçılıq üzrə bölgə nümayəndələri ilə razılaşmaq lazımdır;
-
Pətəyin yerləşdiriləcək yerini qabaqcadan hazırlayın: alaqları biçin, çuxurları örtün, altlıqları
qoyun və ya payaları vurun;
-
Köçmə zamanı odla işləyərkən xüsusi diqqət yetirin;
-
Ocağı ağac və kollardan 5 metrdən uzaq məsafədə yandırın, onun ətrafını isə (1 metr radiusunda) ot
bitkilərindən təmizləyin;
-
Meşədə yerləşən arıxanalarda yanğının yaranması xüsusi təhlükəlidir. Bu cür arıxanaları 6-8 metr
eninə yerin parametr zolağına uyğun yerləşdirin;
-
Bütün arıxanaları (arıxana yerlərini) ilkin saz yanğınsöndürən vasitələri ilə təmin edin:
(yanğınsöndürən, qarmaq, bel, vedrələr və s.);
-
Tüstü körüyünü yandırmaq üçün tez alışan, partlama təhlükəsi olan materiallardan istifadə eləməyin,
onu nəzərdə tutulmayan yerlərdə yandırmaq qadağandır. Arılarla işləyərkən fasilələr zamanı tüstü
körüyünün deşiklərini ot, kağız və ya əski ilə bağlayın, tüstü körüyünün özünü isə üzü stəkana tərəf
yerə qoyun.