-
Yüklənməmişdən əvvəl pətəyin tərkib hissələrini (altlıq, gövdə, pətək üstlüyü, asma qapaq) xüsusi
dayaqla yaxşı və sıx bağlayın və ya öz aranızda taxta bülöv daşı ilə döyün, uçuş bacasının yanında
isə metal toru hazırlayın;
-
Pətəklərdə olan çərçivələri yaxşı bərkidin ki, nəql zamanı sürfə və arılar zədələnməsin;
-
Təzə yığılmış nektarla (duru balla) olan çərçivələri ayrı pətəyə köçürdün. Nəql zamanı pətəklərin
yaxşı havalanması üçün onları elə yerləşdirin ki, çərçivələr avtomobilin gövdəsində olsun. Arı
ailəsinin köçürülməsi üçün müəyyən insanlar bu işə təyin olunur;
-
Yükləmə zaman arıxana ərazisinə bu işlə heç bir əlaqəsi olmayan insanların daxil olmasına imkan
verməyin;
-
Pətəklərin yüklənməsi və boşalması üçün saxlanan nəqliyyat vasitələrini yerində yaxşı saxlayın.
Əyləc cihazlarında hər hansı nasazlıq olduğu təqdirdə qurğuları işə salmaq olmaz;
-
Pətəklərlə olan arıları elə qaldırın ki, onların normal işlək vəziyyətini pozmayasınız. Şaquli
istiqamətindən 30 dərəcədən çox olmayaraq pətəkləri əymək olmaz;
-
Arı ailələri, həmçinin yükləri əllə boşaldarkən 18 yaşından çox olan qadınlar üçün daşımaq norması
15 kiloqramdan çox olmamalıdır, 18 yaşından çox kişilər üçün isə 40 kiloqramdan çox olmamalıdır. 1,5
metrdən hündürlüyə qalxan qadınlar üçün icazə verilən yükün çəkisi 10 kiloqramdan çox olmamalıdır.
60-80 kiloqram çəkisi olan yük iki işçidən az olmayaraq əllə qaldırılmalıdır;
-
Boşaltma zamanı səki quru olmalı və sürüşkən olmamalıdır. Aşağı gövdələrdə ən ağır pətəkləri
yerləşdirin. Yük boşaltmasının ümumi hündürlüyü yerdən 3,3 metrdən çox olmamalıdır. Pətəkləri
avtomobilə yüklədikdən sonra qalın iplə bağlayın;
-
İmkan daxilində insan işləyən və ya dincələn yerlərdə dayanmadan arıları köçürdün. Özünüzlə arı
iskənəsi, tüstü körüyü, üz torları, kəpitkə və ya arıların çıxa biləcəyi yarıqların bağlanması üçün
təzə hazırlanmış palçıq götürün. Nəqliyyatın hərəkəti zamanı baca açılarsa, dərhal nəqliyyatı
dayandırın və nöqsanı aradan qaldırın;
-
Nəqliyyat vasitələrində yerləşən pətəklərin yan tərəflərini iki nəfər açmalıdır. Pətəkləri
açmamışdan əvvəl açıq və ya düşən pətəyin olub-olmamasından əmin olmalısınız;
-
Arılarla birlikdə maşının gövdəsində insanları yerləşdirmək olmaz;
-
Pətəkləri dərin qışlama yerinə xüsusi yolla aparın. Onun əyilmə dərəcəsi 30 dərəcədən çox
olmamalıdır.
Arıçılıq müəssisələrində rels yolları və transportyorların quraşdırılması
zamanı:
-
İnsanlar üçün təhlükəsiz keçidlər tikin;
-
Enişsiz yollar çəkin ki, arabalar rahat hərəkət edə bilsin;
-
Tirlər və dayaq şalbanları bərkidin, çardaqları möhkəm edin;
-
Transportyorun bütün ötürücü və dartılan qurğularını çəpərə alın;
-
İşi bitirdikdən sonra yalnız istifadə üçün məsul olan işçi transportyoru işə sala və təmir edə
bilərsiniz.