-
Möhürlərin açılması üçün elektrik bıçaqlarını istilik keçirməyən altlıqlarla təmin edin, iş fasiləsi
zamanı isə elektrik cərəyanından çıxarın;
-
Üzərində buxar əmələ gətirən və digər qurğular quraşdırılan qızdırıcı cihazları tez alışan
əşyalardan 1 metr aralı məsafədə yerləşdirin və şanların möhürlərinin açılması üçün bıçaqları
qızdırın;
-
Buxar muməridənində şanları əridərkən buxar cihazlarında suyun səviyyəsi, buxar çəkən borularda
qoruyucu qapaqlar və nəzarət-ölçü cihazlarının saz vəziyyətdə olub-olmamasına diqqət yetirmək
lazımdır;
-
Gözlənilməyən buxar təzyiqinin artmasının qarşısını almaq üçün balsüzəndə süzülən gözün həmişə açıq
olduğuna fikir verin. Yandırılmış qızdırıcı cihazın üzərində muməridəni susuz qoymayın. Süzülən
borunun tutulmaması, həmçinin buxar, mum və alınan məhsulun oradan rahat keçməsinə fikir verin;
-
Elektrik qızdırıcıda muməridənlə işləyərkən elektrik cərəyanı keçirdən hissələrinin bərkidilməsi və
torpağa birləşdirilməsinə fikir vermək lazımdır. Qızdırıcı cihazları muməridəni qoşmamışdan 5 dəqiqə
əvvəl söndürün;
-
Arıxana mum sıxanları ilə işləyərkən ehtiyat tədbirlərini yerinə yetirmək lazımdır, çünki isti su və
əridilmiş mum güclü yanğınlara səbəb ola bilər;
-
Mum xammalın emalı üçün yeri yanğına qarşı avadanlıq, kifayət qədər su və qumla təmin edin. Açıq
alovdan istifadə edilərkən xammalın emalı və digər işləri tez alışan materiallardan 50 metrdən az
olmayan məsafədə xüsusi ayrılmış yerdə qoyun;
-
Balsüzəndən istifadə edərkən onun döyüntüsünün qarşısını almaq üçün mum xammalını vala qeyri-bərabər
yerləşdirin. Əridilmiş mumla doldurulduqdan sonra qabı tam soyudulanadək bir yerdən digər yerə
aparmayın;
-
Qazanlara növbə ilə baxarkən heç bir digər işlər görməyin, həmçinin isti su gələn borulara ventil və
digər bağlayıcı alətlər yerləşdirməyin. Qazanxana yeri mütləq ventilyasiya ilə təchiz olunmalıdır;
-
İşəsalma qurğusu və qoruyucusu olan qalxanı quru yerdə yerləşdirin və xüsusi kürklə örtün. Qızdırıcı
elementi işəsalma qurğusu ilə birləşdirən məftili (teli) metal boruya quraşdırın. İşəsalma
qurğusunun gövdəsi və məftilli boruları yaxşı yerə birləşdirin.
Qadağan olunur:
-
Zədələnmiş izolyasiyası olan və istilik tənzimləyicisi olmayan suqızdırıcı cihazlar, həmçinin əldəqayırma suqızdırıcılardan istifadə etmək;
-
Nasaz suqaldırıcı qurğulardan istifadə etmək;
-
Mütəxəssis tərəfindən əvvəlcədən yoxlanılmayan elektrik və buxar muməridənlərdən istifadə etmək.
7.2. Arı ailələrinin nəqli zamanı təhlükəsizliyə dair tələblər
-
Arıları texnoloji təlimatların tələblərinə uyğun hazırlanmış və yaxşı bərkidilmiş yeni hazırlanmış və təmir olunmuş pətəklərə köçürdün;