İşçinin düşməsinin qarşısını almaq məqsədi ilə nərdivan, əsasən güllələr, usta çəngəlləri,
qayış və digər alətlərin köməyi ilə ağaclar, dirəklər və hündür yerlərdən beçələri çıxardın.
Qıraq adamları bu işə cəlb eləmək olmaz;
Qəfəsələr olmayan qışlama yerlərində arı ailələrini sərt yer və ya xüsusi döşəmələrdə
yerləşdirin. Birinci gövdədən olan arı pətəklərini yerləşdirmək üçün yerə 200-300 millimetr
hündürlüyü olan taxta altlıqlar qoyun. Qalan gövdələri isə bir-birinin üzərinə 50 millimetr
qalınlığı olan taxta relslərə qoyun;
Sıra ilə yığılan pətəklərin hündürlüyünün 2 metrdən çox, keçidlərin eni isə 0,8 metrdən az
olmamalıdır.
Şəkil 7.4. Elektrik şanlama cihazı
7.1. Arıçılıq məhsullarının yığımı və emalı zamanı təhlükəsizliyin əsasları
Arıçılıq məhsulların yığımı və emalı zamanı işçilərin zədələnməsinin qarşısını almaq məqsədi ilə
qoyulan istismar qaydalarına riayət olunmalıdır;
Balsüzənlər, vibrasiya olunan bıçaq və ya adi arıçılıq bıçağı və digər mexanizmləri istifadədən
əvvəl hazırlayın, sonra isə alətlərin adi və işlək vəziyyətdə texniki sazlığını yoxlayın;
Bal süzülərkən balsüzənin valı çevrilərkən şanlarla olan çərçivələri pətəyə qoymaq və ya çıxartmaq
qəti qadağandır;
Şanları kəsərkən ülgücün bıçağını özünüzə tərəf qoymayın;
Vərəmum parçadan yığılarkən zədələnməyə yol verməmək üçün əllərinizi barabandan uzaq saxlayın;
Ana südünü yığın və ventilyasiya olan otaqda çiçək tozunu qurudun;
Arı zəhərini yalnız qidalanma dayandırıldığı zaman kasetlərdən yığmaq olar. Yüksək rütubət olduqda
zəhəri yığmayın. Arı zəhərinin yığılması üzrə operatorun iş masasını xüsusi bokslarda yerləşdirin
ki, zəhər yığıcı lövhələrdən insan əli dəymədən zəhəri çıxarmaq mümkün olsun. Nazik turşu əleyhinə
əlcəklərdə işləyin;
Əllərin zədələnməsinin qarşısını almaq üçün xüsusi tutacaqlara bərkidilmiş ülgüclə zəhəri
lövhələrdən təmizləyin. Zəhəri ağzı kip bağlanmış stəkanda bir temperaturda soyuducuda saxlayırlar;
Şanların möhürlərinin açılması üçün buxar bıçaqlarından istifadə edilərkən buxar cihazında suyun
səviyyəsi, qoruyucu qapaqlar və buğlama yollarının sazlığına fikir verin. Manometrləri nəzərdə
tutulan vaxt yoxlayın;