7. Arı ailələrinə qulluq zamanı əməyin təhlükəsizlik qaydaları
-
Müalicəvi maddələri tüstü körüyündə yandırarkən adi qapağı onun üzərindən çıxarın və uzunsov
lüləyi gövdəyə salın;
-
Tüstü körüyü yandırılan yeri yaşayış və istehsal yerlərindən uzaq məsafədə quraşdırın.
Üzərinə qum səpin. Tüstü körüyündən tökülən kül və kömürü yaxınlıqda quyu qazaraq ora tökün;
-
Tüstü körüyü ilə işləyərkən pətəklərin yanında diqqətli olun, istiləşdirici yastıqça və
pətəyin yanmasına səbəb olan qığılcımların əmələ gəlməsinə imkan verməyin;
-
Çərçivələrdə yarıqları açarkən zədələnməmək üçün xüsusi dirəklərdən istifadə edin, neştər və
bizlə işləyin (Şəkil 7.3);
-
Çərçivələrin elektrik şanlanmasını texniki sənədlərin tələblərinə uyğun hazırlanmış cihazla
aparın (Şəkil 7.4);
-
Bu məqsədlə avtomatik transformatorlardan istifadə etməyin, həmçinin də reostat, plitə
vasitəsi ilə şanlanmış çərçivəni elektrik cərəyanına birləşdirməyin;
-
Arı ailələrinə baxış keçirilərkən və onlar təmizlənərkən sərt hərəkət etməyin, parfümeriya
və kosmetik vasitələr və kəskin qoxulu maddələrdən istifadə etməyin. Pis hava şəraitində arı
ailəsinə baxış keçirilməsi, arıların isti tüstü ilə tüstüləndirilməsi qadağandır. Yalnız az
miqdarda soyuq tüstü onları sakitləşdirə bilər;
Şəkil 7.1. Tüstü körüyü
Şəkil 7.2. Üz toru
Şəkil 7.3. Biz