Nəzəri biliklərin qiymətləndirilməsi
Test 6.
Sual 1. Bədən, əl, geyim, istehsalat və xidməti otaqların təmiz saxlanması hansı məqsədlə lazımdır?
A) Yaraşıq üçün;
B) Səliqə-sahman üçün;
C) Arıçının gigiyenası üçün;
D) Keyfiyyət üçün.
Sual 2. Hansı hallarda arıçı cuna sarğısı və ya respiratordan istifadə edir?
A) Göbələk xəstəliklərinə yoluxma riski olanda;
B) Vorratoz xəstəliyi olanda;
C) Kənar təsirlərdən qorunmaq üçün;
D) İşi daha keyfiyyətli görmək üçün.
Sual 3. Tər iyi arılara necə təsir edir?
A) Xoşları gəlir;
B) Laqeyd halda uçuşur;
C) Əsəbləşdirir;
D) İşlərini davam etdirir.
Sual 4. Xüsusi geyimdən nə üçün istifadə olunur?
A) İstidən qorunmaq üçün;
B) Arı sancmasından mühafizə olunmaq üçün;
C) Soyuqdan qorunmaq üçün;
D) Arıların hərəkətinə mane olmamaq üçün.
Sual 5. Üz toru nə üçündür?
A) Bədəni mühafizə etmək üçün;
B) Sifətə kölgə salmaq üçün;
C) Tanınmamaq üçün;
D) Boyun, üz və başı arı sancmasından qorumaq üçün.
Sual 6. Köçmə zamanı arıçıya dərman qabı və müalicəvi vasitələr lazımdırmı?
A) Lazım deyil;
B) Mütləq lazımdır;
C) Dərman qabı hər şeyi həll etmir;
D) Olsa da, olar, olmasa da.