Arıların köçmə müddəti ərzində hər bir arıçıda dərman qabı olmalıdır, içində isə dərmanın adı, miqdarı və istifadə üsulu göstərilən həb şəklində olan dərmanlar olmalıdır. Dərmanların üzərində göstərilən istifadə müddətinə mütləq nəzarət etmək lazımdır. Heç bir şəkildə dərman qabında təyinatını bilmədiyiniz dərmanları saxlamayın. Əgər dərmanın üzərində adı yoxdur və ya düşübsə, o dərmanları saxlamayın. Uzun müddət saxlanılan dərmanlar, əsasən də mikstura, cövhər və digər duru maddələrdən istifadə etmək olmaz. İstifadədən əvvəl dərmanların üzərində olan yazını diqqətlə oxuyun, hazırlanma tarixi və istifadə müddətinə fikir verin.
Müalicəvi dərmanları dezinfeksiyaedici maddələrdən uzaq saxlamaq lazımdır. Xlorlaşdırılmış əhəng, formalin, sirkə turşusu və digər güclü təsiredici dərmanları ayrı otaqda saxlamaq lazımdır.
Dərman qabında bədbəxt hadisələr zamanı ilk tibbi yardımın göstərilməsi üsulları təsvir olunan kitab olmalıdır.
Dərman qabının yığılmasına tibb mütəxəssisi və baytar həkimi köməklik göstərə bilər. Dərman qabını mütəmadi olaraq yeni hazırlanmış dərmanlar və dezinfeksiyaedici maddələrlə artırmaq lazımdır.
Sərbəst iş üçün tapşırıqlar