6. İşin gigiyenası və xüsusi geyim
Arıçının gigiyenası bədən, əl, geyim, istehsalat və xidməti otaqların təmiz saxlanılmasından ibarətdir. Əllərin təmizliyi arıçını infeksion, mədə-bağırsaq və dəri xəstəliklərindən qoruyur. Ailəyə baxış keçirildikdən əvvəl və sonra ilıq su və sabunla əllərinizi təmiz yuyun. Əsasən, göbələk xəstəliklərinə (aspergilyoz və başqaları) yoluxan ailələrə baxış keçirilərkən çox ehtiyatlı olmalısınız, aldığınız nəfəslə nəfəs yollarına xəstəliklərin sporları düşür, bu da ağ ciyərin qanqrenasına səbəb ola bilər. Profilaktika üçün arıçı ağız və burnunu bağlayan cuna sarğısı geyinməlidir. Tərin iyi arıları əsəbləşdirir və onlar arıçını sancır.
Arıçı günəşin şüalarının qızmasından özünü qorumaq üçün yayda təmiz ağ xalat və kənarları enli olan ağ papaqda işləməlidir. Arıxanada dərman qabı və əlüzyuyan olmalıdır. Arıları ürkütmək üçün tasa bir neçə qram kerosin tökün.
Arıçı arılarla işləyərkən xüsusi geyimdən (xələt, kombinezon, gödəkçə) (“Arı ailələrinə qulluq zamanı təhlükəsizliyin əsasları” mövzusuna bax.) istifadə edir.
Arıçının geyimi ağ, boz, göy rəngli xüsusi parçadan tikilir. O, bədənə rahat oturmalı, hərəkət zamanı ilişməməlidir. Bu cür geyimdə orqanizm qızmır və az tərləyir.
Geyimi qara rəngli, əsasən də yun və ya digər tüklü parçadan tikmək olmaz, çünki arılar orada dolaşır, bu, onları əsəbləşdirir və onlar dolaşıqdan çıxdıqdan sonra arıçını sancır.
Yaxa və köynəklərin qol köbəsi bərk bağlanmalıdır ki, arılar ora keçməsin və arıçını sancmasın. Qollar bağlanmazsa, onların uclarına dartılan rezinlər vurulmalı və ya ucları tikilməlidir. Bu cür hallarda rezin qolçaqların istifadə edilməsi məqsədəuyğun hesab olunur. Şalvara rezin salın və ya uclarını tikin.
Arıçının geyimi təmiz olmalıdır, gigiyena və sanitariya tələbləri, həmçinin arıların yoluxucu xəstəlikləri ilə mübarizəyə qarşı qaydalara cavab verməlidir.
Əsasən yığımsız vaxtı arıların arıçının baş, üz və boynunu sancmaması üçün arıçılar mütləq üz toru geyinməlidir. Yalnız lazım olan vaxt üzünüzü torla bağlayaraq digər vaxtı onsuz da işləyə bilərsiniz.
Arıxanada arıların xəstəliklərinə qarşı, həmçinin arıçıya ilk tibbi yardımın göstərilməsi üçün içində əsas tibbi, infeksiyaya qarşı və digər dərmanlar və avadanlıqlarla dolu olan dərman qabı olmalıdır.
Arıxanada dərman qabı üçün ağzı bağlanan ayrıca şkaf olmalıdır. Şkafın qapısında dərmanların siyahısı və onlardan qısa istifadə qaydaları asılmalıdır.
Arıxana işçilərinə ilk yardımın göstərilməsi üçün arıxanada dərman qabında aşağıdakı dərman və ləvazimatlar olmalıdır: norsulfazolnatrium, sulfantrol, penisillin, sanazin, streptomisin, yod tinkturası, sink mazı, karbon sodası, sabun, yanıqlar üçün maz, piramidon, öskürək və qripə qarşı dərmanlar, vazelin, bintlər, pambıq və kompres kağızı.
Arıların müalicəsi və arıxana avadanlığının dezinfeksiyası üçün metilsalisilat, skipidar, kükürd, benzin, formalin, susuzlaşdırılmış soda, əhəng, əhəngli su, denaturatlaşdırılmış və naşatır spirti, sirkə turşusu və ya essensiya, xlorlaşdırılmış əhəng, əczaxana tərəzisi, tozlandırıcı cihaz, lehim lampası, sınaq borusu, menzurka olmalıdır. Müalicəvi və dezinfeksiyaedici dərmanları kip bağlı bankalarda üzərində “dərmanlar” yazılan yazısı olan quru və soyuq yerdə saxlamaq lazımdır.