Nəzəri biliklərin qiymətləndirilməsi
Test 5
Sual 1. Arı sancması zamanı ilk yardım nə üçün lazımdır?
A) Arıçı işini sona çatdırmaq üçün;
B) Narahatçılıq olmasın;
C) Zərərçəkəni peşəkar tibbi xidmətə çatdırmaq üçün;
D) İş yoldaşları ilə xudahafizləşmək üçün.
Sual 2. Arı sancmalarına qarşı reaksiyanın (ümumi, yerli) hansı əlamətləri olur?
A) Qaşınma;
B) Qusma;
C) Başgicəllənmə;
D) Yüngül, orta və ağır.
Sual 3. Ağız boşluğunu sancma nə ilə nəticələnir?
A) İnsanın əhvalı açılır;
B) Qırtlaqda sürətli şiş və boğulma əlaməti ilə;
C) İnsanın əhvalı korlanır;
D) Başgicəllənmə yaranır.
Sual 4. Arının sancması insan həyatı üçün necə təhlükəlidir?
A) İnsan əlil ola bilər;
B) Yeməkdən imtina edə bilər;
C) Ölə bilər;
D) Yaddaşını itirə bilər.
Sual 5. Arıların sancması zamanı hansı dərmanları qəbul etmək lazımdır?
A) Antiqistamin dərmanlar;
B) Antibiotiklər;
C) Qrip əleyhinə dərmanlar;
D) Ağrıkəsici dərmanlar.