Tapşırıq və fəaliyyətlər
|
Təlimat və tövsiyələr
|
-
Sancma zamanı apitoksinə qarşı reaksiyaların öyrənilməsi
|
-
Yüngül reaksiyaların əlamətlərini öyrənin.
-
Orta reaksiyaların xüsusiyyətlərini öyrənin.
-
Ağır reaksiyalar və onların fəsadlarını öyrənin.
|
-
Birdəfəlik sancmalar (200-300 arı sancması) zamanı əmələ gələn zəhərli reaksiyaların
klinik əlamətlərinin öyrənilməsi
|
-
Zəiflik, başgicəllənmə, ürəyin tez-tez döyünməsi, hərarətin artması və tərləmə, ağızda
quruluq, ürəkbulanma, qaytarma, qatı ağız sulanması kimi əlamətlərin qarşısının alınması
üçün məlumatlar toplayın və təqdimat hazırlayın.
-
Diametri 5 santimetrdən böyük olan şiş, daxili orqanların spazmaları ilə əlaqəli olan
pozğunluq, skelet əzələlərinin qıc olması, hissiyyatı itirmək, qarabasma kimi əlamətləri
yoldaşlarınızla müzakirə edin.
-
Qan laxtalanmasının aşağı düşməsinə diqqət edilməli və müvafiq tədbirlər görülməlidir.
|
-
Sancmadan sonra allergik reaksiyaların klinik əlamətlərinin müəyyən olunması
|
-
Dəridə qızartı, şiş, gicişmə, hərarətin qalxması, ümumi narahatçılıqla müşahidə olunan
əlamətləri öyrənin.
-
Daxili orqanların əzələlərinin spazması ilə bağlı olan hava çatışmazlığı, qarın
ağrıları, ürəkbulanma, qorxu hissi ilə müşahidə olunan əlamətləri diqqətinizdə saxlayın.
-
Təzyiqin sürətlə aşağı düşməsi, huşsuzluq və s. ilə müşahidə olunan əlamətlərə nəzər
yetirin.
|